"United Airlines" qalmaqaldan sonra əməkdaşlarının gediş qaydalarını dəyişəcək

"United Airlines" qalmaqaldan sonra əməkdaşlarının gediş qaydalarını dəyişəcək Şirkət bu addımı 69 yaşlı sərnişin ilə yaranmış qalmaqaldan sonra atmalı olub
Digər ölkələr
17 Aprel , 2017 09:47
United Airlines qalmaqaldan sonra əməkdaşlarının gediş qaydalarını dəyişəcək

Bakı. 17 aprel. REPORT.AZ/ "United Airlines" aviaşirkəti güclə reysdən çıxarılan sərnişinlə yaşanmış qalmaqaldan sonra əməkdaşlarının öz reysləri ilə gediş qaydalarını dəyişəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, aviadaşıyıcı bundan sonra əməkdaşlarının uçuşa ən geci uçuşa 1 saat qalmış yer alacağını bildirib.

Şirkət bu addımı 69 yaşlı sərnişin, Vyetnam əsilli həkim Devid Tao ilə yaranmış qalmaqaldan sonra atmalı olub. Belə ki, aprelin 11-də təhlükəsizlik xidmətinin əməkdaşları Çikaqodan Luisvillə uçmalı olan Daonu sanki təyyarədən sürüyərək çıxarıb. Üstəlik, həkimin iki dişi sınıb, burnu qırılıb.

Daonu göyərtədən aşağı endirməyə səbəb isə overbukinq olub: təyyarəyə salonda olan yerlərdən çox bilet satılıb. Eyni zamanda, aviaşirkət növbəti gün başqa şəhərdə işə getməli olan işçilərini göyərtəyə salmalı olub.

Son xəbərlər

Orphus sistemi