Ukraynada vertolyot qəzaya uğrayıb, ölənlər var - VİDEO

Ukraynada vertolyot qəzaya uğrayıb, ölənlər var - VİDEO Bakı. 25 yanvar. REPORT.AZ/ Ukraynada Mi-8 vertolyotu qəzaya uğrayıb.
Digər ölkələr
25 Yanvar , 2018 23:50
Ukraynada vertolyot qəzaya uğrayıb, ölənlər var - VİDEO
http://newstes.ru

Bakı. 25 yanvar. REPORT.AZ/ Ukraynada Mi-8 vertolyotu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Poltava vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Svetlana Rıbalkoya istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, vertolyot televiziya qülləsinə çırpılıb və Poltava vilayətinin Kremençuq şəhərində yerə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı qəza zamanı həlak olub.

Mətbuat katibinin sözlərinə görə, vertolyot xüsusi aviaşirkətə məxsus olub və təlim-məşq uçuşu keçirirmiş. 

Son xəbərlər

Orphus sistemi