Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Digər ölkələr
  • 16 oktyabr, 2018
  • 16:37
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ukraynanın Vinnıtsia vilayətində təlim uçuşu zamanı “Su-27” hərbi təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

Hadisə yerinə xilasedicilər cəlb olunub, axtarışlar aparılır. 

“112 Ukraina” telekanalı hər iki pilotun öldüyünü xəbər verib.

44 filmi