Ukraynada daha 100 hektar taxıl zəmisi yandırılıb

Ukraynada daha 100 hektar taxıl zəmisi yandırılıb Ukraynanın Donetsk vilayətinin Avdeevka rayonu ərazisində Rusiya ordusu və separatçı qüvvələrin artilleriya atəşi nəticəsində bir sıra kəndlərin taxıl zəmiləri yanaraq məhv olub.
Digər ölkələr
12 İyul , 2022 23:40
Ukraynada daha 100 hektar taxıl zəmisi yandırılıb

Ukraynanın Donetsk vilayətinin Avdeyevka rayonu ərazisində Rusiya ordusu və separatçı qüvvələrin artilleriya atəşi nəticəsində bir sıra kəndlərin taxıl zəmiləri yanaraq məhv olub.

"Report"un Şərqi Avropa bürosunun Donbasda olan əməkdaşı Avdeyevka rayonunun Uman kəndində artilleriya atəşi nəticəsində yanan 100 hektarlıq taxıl zəmisində olub.

Zəminin 50 hektarının sahibi Vitaliy Arnautov bildirib ki, zəmilər 3 kilometr məsafədə yerləşən Rusiya ordusu və separatçı qüvvələrin artilleriya atəşi nəticəsində alovlanıb və söndürmək mümkün olmayıb. O, qeyd edib ki, bölgədə ondan başqa daha bir neçə fermerin taxıl zəmiləri yanaraq məhv olub, bu il məhsulsuz qalıblar.

Son xəbərlər

Orphus sistemi