Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la danışıqlar aparıb

Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la danışıqlar aparıb Ukrayna və ABŞ hakimiyyəti Kiyevin təhlükəsizliyinə təminat verilməsi üzrə danışıqların üçüncü raundu keçirib.
Digər ölkələr
29 aprel 2024 22:43
Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la danışıqlar aparıb

Ukrayna və ABŞ hakimiyyəti Kiyevin təhlükəsizliyinə təminat verilməsi üzrə danışıqların üçüncü raundu keçirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenskinin ofisində məlumat verilib.

“Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ikitərəfli təhlükəsizlik sazişinin bağlanmasına hazırlıq məqsədilə ABŞ ilə danışıqların üçüncü raundunu keçirib”, - məlumatda deyilir.

Ofis qeyd edib ki, tərəflər saziş layihəsinin mətnindən danışaraq, sənədin əsas müddəalarının razılaşdırılmasında əhəmiyyətli irəliləyişləri qeyd ediblər və gələcək fəaliyyətlər üçün alqoritmdə düzəlişlər ediblər.

A. Yermakın sözlərinə görə, sənəd Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini gücləndirmək üçün Kiyev və Pentaqon arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm əsaslar qoyacaq.

Son xəbərlər

Orphus sistemi