Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq 

Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq  Polşa Ukrayna taxılının ixracı üçün Ukrayna ilə sərhəd infrastrukturunu genişləndirmək niyyətindədir və artıq bu məqsədlə xeyli miqdarda vəsait ayırır.
Digər ölkələr
26 Noyabr , 2022 22:50
Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq 

Polşa Ukrayna taxılının ixracı üçün Ukrayna ilə sərhəd infrastrukturunu genişləndirmək niyyətindədir və artıq bu məqsədlə xeyli miqdarda vəsait ayırır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu bu gün Kiyevdə keçirilən "Ukraynadan taxıl" sammitində Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, Rusiyanın Qara dənizdə Ukrayna taxıl və ərzaq məhsullarının ixracını blokadaya alması səbəbindən Polşa Ukrayna ilə sərhəddə yeni keçid məntəqələrinin tikintisinə hazırlaşır:

"Bu, Polşa vasitəsilə Baltik dənizindəki limanlarımıza tranzit ixracını təmin etmək üçün Ukraynanın bərpasını dəstəkləmək və bugünkü çağırışların aradan qaldırılmasına dəstək vermək üçün lazımdır".

Son xəbərlər

Orphus sistemi