Ukrayna arsenalına uçuş məsafəsi yüksək olan hücum PUA-ları daxil edə bilər

Ukrayna arsenalına uçuş məsafəsi yüksək olan hücum PUA-ları daxil edə bilər Ukrayna Silahlı Qüvvələrinin arsenalında uçuş məsafəsi 3 min km-dən çox olan hücum pilotsuz uçuş aparatları peydə ola bilər.
Digər ölkələr
29 Mart , 2023 21:46
Ukrayna arsenalına uçuş məsafəsi yüksək olan hücum PUA-ları daxil edə bilər

Ukrayna Silahlı Qüvvələrinin arsenalına uçuş məsafəsi 3 min km-dən çox olan hücum pilotsuz uçuş aparatları daxil edilə bilər.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksiy Danilov bildirib.

“Matias Rust adına “Ukrayna sürüsü” - onlarla model, minlərlə pilotsuz uçuş aparatı. 3 000 km-dən çox uçuş məsafəsi olan hücum PUA-ları Ukrayna Silahlı Qüvvələrinin arsenalında”, - A.Danilov tviterdə yazıb.

MTMŞ katibi posta alman pilot Matias Rustun Moskvadakı Qırmızı meydan fonundakı təyyarəsinin fotosunu əlavə edib və “1987-ci il, Qırmızı meydan, Moskva, təyyarə, Rust” yazıb.

Xatırladaq ki, 1987-ci ildə Rust SSRİ hava hücumundan müdafiə sistemlərindən yayınaraq min kilometrdən çox uçuş həyata keçirib və Kremlin yaxınlığında eniş edib.

Son xəbərlər

Orphus sistemi