Bakı. 19 noyabr. REPORT.AZ/ Yaponiyanın “Nissan Motors” şirkətinin prezidenti, “Renault” - “Nissan” - “Mitsubishi” alyansının direktorlar şurasının sədri Karlos Qon vergi bəyannaməsində gəlirlərini az göstərməkdə şübhəli bilinərək həbs olunub.
“Report” Yaponiya KİV-inə istinadən xəbər verir ki, Tokio Şəhər Prokurorluğu tərəfindən həmçinin “Nissan Motors” şirkətinin təmsilçi direktoru Qreq Kelli də maliyyə qanunlarını pozmaqda şübhəli bilindiyi üçün həbs edilib.
***14:04
“Nissan” və “Renault” şirkətlərinin rəhbəri Karlos Qon Yaponiyanın maliyyə qanunlarını pozmaqda şübhəli bilinərək həbs edilə bilər.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, Yaponiya KİV-nin məlumatına görə, Tokio Şəhər Prokurorluğu K.Qonun həbsinə hazırlıq görür.
Qeyd edək ki, bu xəbər yayılandan sonra “Renault” şirkətinin səhmləri Paris birjasındakı hərracda 5,2 faiz ucuzlaşıb.