​Türkmənistan və Əfqanıstan təbii qaz kəməri tikintisini sürətləndirəcək

​Türkmənistan və Əfqanıstan təbii qaz kəməri tikintisini sürətləndirəcək 1800 kilometr uzunluğunda olacaq kəmərdən Türkmənistanın hər il 33 milyard kubmetr təbii qazı ixrac ediləcək
Digər ölkələr
22 Yanvar , 2015 15:05
​Türkmənistan və Əfqanıstan təbii qaz kəməri tikintisini sürətləndirəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkmənistan və Əfqanıstan 2015-ci ildən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) təbii qaz kəməri tikintisini sürətləndirməyə başlayacaq.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu haqda razılaşma Əfqanıstan İslam Respulikasının prezidenti Əşrəf Qəni Əhmədzayın Türkmənistana ikigünlük səfəri zamanı əldə edilib.

Onun Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovla apardığı danışıqlar zamanı Türkmənistan-Əfqanıstan-Tacıkistan dəmiryolu xəttinin çəkilməsi və Türkmənistandan Əfqanıstana elektrik enerjisi tədarükünün artırılması da müzakirə edilib.

Türkmənistan liderinin sözlərinə görə, TƏPH-in tikintisindən Əfqanıstan təxminən bir milyard dollar qazanacaq, 12 min iş yeri açılacaq.

"Əfqanıstan bu layihənin uğurla gerçəkləşməsini səbrsizliklə gözləyir", - Əşrəf Qəni Əhmədzay deyib.

Məlumata əsasən, 1800 kilometr uzunluğunda olacaq kəmərdən Türkmənistanın hər il 33 milyard kubmetr təbii qazı ixrac ediləcək.

Layihənin dəyərinin 7,6 milyard dollardan artıq olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi