Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Digər ölkələr
  • 24 dekabr, 2017
  • 08:49
Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Antalyadan Tokat istiqamətində hərəkət edən 34-FA-4603 dövlət seriya nişanlı sərnişin avtobusu aşıb. Nəticədə 31 nəfər xəsarət alıb.

Yaralılar Konyadakı xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəyə yolun buzlu olması səbəb olub. 

44 - Tezliklə