Türkiyədə iki həftədə FETÖ ilə əlaqəli 361 nəfər saxlanılıb

Digər ölkələr
  • 27 iyun, 2025
  • 11:13
Türkiyədə iki həftədə FETÖ ilə əlaqəli 361 nəfər saxlanılıb

Türkiyədə son iki həftə ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 361 nəfər şübhəli şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin Daxili işlər naziri Əli Yerliqaya özünün X hesabında yazıb.

O bildirib ki, 46 vilayətdə FETÖ-yə qarşı keçirdikləri əməliyyatlarda qiyabi həbs cəzası olan və axtarışda olanlar saxlanılıb.

44 filmi