Türkiyədə 39 terrorçu zərərsizləşdirilib
Digər ölkələr
- 16 dekabr, 2017
- 15:59
Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyədə son 1 həftə keçirilən antiterror əməliyyatlarında PKK-nın 39 terrorçusu zərərsizləşdirilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Hərbi Qüvvələrin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatları Diyarbəkir, Mardin, Tunceli, Siirt, Şırnak, Bitlis, Batman vilayətlərində keçirilib. Terrorçuların Zap, Hakurk, Avaşin-Basyan əraziləriində, İraqın şimalındakı mövqelərinə zərbələr endirilib.
Əməliyyatların gedişində terrorçuların 63 sığınacağı, həmçinin 17 əldəqayırma partlayıcı qurğuları məhv edilib. Təhlükəsizlik qüvvələri xeyli sayda silah-sursat müsadirə ediblər.
Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.
Son xəbərlər
09:15
Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq
Energetika09:10
"Beşiktaş" Ümit Akdağın transferini açıqlayıb
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.09.2026)
Maliyyə09:02
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
Futbol08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.09.2026)
Maliyyə08:48
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə08:31
Rusiya ordusu Odessada çoxmərtəbəli binanı vurub, yaralılar var
Digər ölkələr08:21
Qazaxıstan və "Rosatom" Almatı yaxınlığında AES-in tikintisi ilə bağlı saziş imzalayıb
Region08:12