Türkiyə XİN rəhbəri ilə ABŞ dövlət katibi Suriya məsələsini müzakirə ediblər
Digər ölkələr
- 09 oktyabr, 2016
- 06:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 oktyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Agentliyin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. İki ölkənin rəsmiləri danışıqların gedişatında Suriya böhranının siyasi qərarının ən sürətli həlli yolları üzərində fikir mübadiləsi aparıblar.
Çavuşoğlu və Kerri həmçinin Suriya məsələsi üzrə görüşlərin qarşıdakı dövrdə planlaşdırılmış qrafikini də müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Banqkokda Asiyada əməkdaşlıq üzrə Dialoq Sammitində iştirak edir.
Son xəbərlər
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr