Türkiyə Suriyada ABŞ-la əməkdaşlıq üçün əsas şərti açıqlayıb
Digər ölkələr
- 22 yanvar, 2018
- 19:16
Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin Suriyada ABŞ-la əməkdaşlıq etməsi üçün əsas şərt Birləşmiş Ştatlar tərəfindən kürd döyüşçülərinə silah tədarükünün dayandırılmasıdır.
"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Vaşınqtona dəfələrlə xəbərdarlıq edib ki, kürd silahlı birləşmələrinə silah verməsin.
"Əməkdaşlıq etməyimizin əsas şərti silah tədarükünün dayandırılması və verilən silahların geri alınmasıdır. Bunu öz müttəfiqlərimizdən gözləmək ən təbii haqqımızdır", - deyə B. Bozdağ bildirib.
Qeyd edək ki, ABŞ-ın kürd silahlı birləşmələrinə "gizli sövdələşmə" çərçivəsində zenit-raket kompleksləri verməsi barədə məlumat yayılıb.
Son xəbərlər
12:31
Parisdə çempion olan azərbaycanlı cüdoçu: "Psixoloji və fiziki baxımdan özümü tam hazır hiss edirdim"
Fərdi12:22
Sabah Bakıda hava küləkli olacaq, dağlıq ərazilərə qar yağacaq
Ekologiya12:10
Əraqçi: İranın dinc nüvə proqramını həyata keçirmək hüququ var
Region12:03
Norveçli idmançı İtaliyadakı Qış Olimpiya Oyunlarında tarixi uğura imza atıb
Fərdi11:59
Kabildə evdə partlayış nəticəsində 8 nəfər ölüb
Digər ölkələr11:49
Video
Səbail rayonunda mağazada yanğın olub
Hadisə11:37
Video
Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
Region11:20
Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb
Fərdi11:06