Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtadan ibarət ilk partiyanı tədarük edib

Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtadan ibarət ilk partiyanı tədarük edib Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtanın ilk partiyasını tədarük edib.
Digər ölkələr
3 Yanvar , 2024 14:41
Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtadan ibarət ilk partiyanı tədarük edib

Türkiyə Rusiyaya 316,8 min ədəd yumurtadan ibarət ilk partiyanı tədarük edib.

“Report” xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

“Rusiyaya Türkiyədən yanvarın 3-də yumurtanın 19,36 ton (316,8 min ədəd) həcmində ilk partiyası “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda qeyd edilib.

Dekabrın sonunda agentlik bildirib ki, “Rosselxoznadzor” 29 dekabr 2023-cü il tarixindən Türkiyənin altı müəssisəsindən inkubator yumurtası tədarük etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycan da Rusiyaya yumurta tədarük edir.

Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub. Dekabrın 25-də Azərbaycandan Rusiyaya 306 min ədəd yumurtanın üçüncü partiyası idxal edilib.

Son xəbərlər

Orphus sistemi