Türkiyə Ordusunun arsenalına yeni helikopter daxil edilib

Türkiyə Ordusunun arsenalına yeni helikopter daxil edilib Türkiyə Silahlı Qüvvələrinin arsenalına "T-70" çoxməqsədli helikopterləri daxil edilib.
Digər ölkələr
13 Yanvar , 2023 17:01
Türkiyə Ordusunun arsenalına yeni helikopter daxil edilib

Türkiyə Silahlı Qüvvələrinin arsenalına "T-70" çoxməqsədli helikopterləri daxil edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün həmin helikopterlərin orduya təhvil verilməsi mərasimi keçirilib.

Qeyd edək ki, "T-70" Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin istehsalıdır. Helikopter TUSAŞ-ın ASELSAN və “Sikorsky” ilə strateji əməkdaşlığı çərçivəsində dünyanın ən müasir avionika arxitekturalarından biri ilə istehsal olunub. "S-70i" helikopteri əsasında hazırlanan uçuş platformasının istehsalında “Alp Havacılık” və TEI şirkətləri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi