Ukrayna səmasının müdafiəsini gücləndirmək təşəbbüsünü ondan çox ölkə dəstəkləyib

Ukrayna səmasının müdafiəsini gücləndirmək təşəbbüsünü ondan çox ölkə dəstəkləyib Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü 12 ölkə dəstəkləyib.
Digər ölkələr
20 May , 2024 23:50
Ukrayna səmasının müdafiəsini gücləndirmək təşəbbüsünü ondan çox ölkə dəstəkləyib

Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü 12 ölkə dəstəkləyib.

"Report"un məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Qeyd olunub ki, Belçika, Danimarka, Niderland, Norveç və Kanada maliyyə yardımı göstərəcək, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Rumıniya, Belçika və Litva isə avadanlıq və raketlərlə kömək edəcək. Latviya da bu təşəbbüsə qoşulmaq istəyir.

Qeyd edək ki, Almaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü aprel ayında elan edib və tərəfdaş ölkələrdən dəstək istəyib.

Son xəbərlər

Orphus sistemi