BMT TŞ İranda helikopter qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib

BMT TŞ İranda helikopter qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında göyərtəsində İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da olduğu helikopter qəzası nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Digər ölkələr
20 May , 2024 18:50
BMT TŞ İranda helikopter qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib

BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da həlak olduğu helikopter qəzasında ölənlərlə bağlı bir dəqiqəlik sükut elan edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, iclas iştirakçıları həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Son xəbərlər

Orphus sistemi