Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb

Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb Çin aprel ayında Rusiya neftinin idxalını azaldıb ki, bu da mart ayı ilə müqayisədə 11,5% azdır.
Digər ölkələr
20 May , 2024 23:19
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb

Çin aprel ayında Rusiya neftinin idxalını azaldıb ki, bu da mart ayı ilə müqayisədə 11,5% azdır.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Hesablamalara görə, aprel ayında Çin Rusiyadan gündəlik neft idxalını 2,25 milyon barelə qədər azaldıb ki, bu da tədarükün demək olar ki, rekordu qırdığı mart ayı ilə müqayisədə 11,5% azdır.

Ümumilikdə Rusiya apreldə Çinə 9,26 milyon ton neft tədarük edib. Halbuki, martda bu göstərici 10,81 milyon ton olub. Pekinin Rusiya nefti üçün xərcləri martda 6,35 milyard dollara nisbətdə təxminən 5,7 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi