Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirilən "Fərat qalxanı" əməliyyatının 159-cu günündə İŞİD terror təşkilatının mövqelərinə zərbələri davam etdirib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, növbəti əməliyyat günündə terrorçuların Suriyanın şimalında yerləşən 18 mövqeyinə zərbə endirilib.
Nəticədə 18 terrorçu zərərsizləşdirilib.