Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyə 2017-ci ildə beş milyon rus turistini qəbul etməyi nəzərdə tutur.
"Report" xəbər verir ki, bu barədə "World Tourism Forum"un sədri Bulut Bağçı "RİA Novosti"yə agentliyinə bildirib.
"Biz Rusiyadan beş milyon qonağın gəlişini gözləyirik və bu miqdarda insanı qəbul etməyə hazırıq", - deyə o, "World Tourism Forum"un Moskvada keçirilən birinci Rusiya sammitində agentliyə açıqlamasında vurğulayıb.
"Sizin ölkəniz çox böyükdür. 2015-ci ildə Türkiyə turistlərin qəbulu sayına görə dünyada altıncı ölkə idi. Rusiyalılar Türkiyədən başqa Tailanda, İspaniyaya, İtaliyaya və başqa ölkələrə səyahət edirlər.
Rusiya turistlərinin bir hissəsi bu il yenə Türkiyənin ayrı-ayrı turizm mərkəzlərinə üstün tutacaqlar və biz buna hazırıq. Hesablamalarımıza görə, 2017-ci ildə ölkəmizdə beş milyon rusiyalı turist istirahət edəcək", - deyə Bağçı qeyd edib.