Tunisdə turist avtobusu uçurumdan aşağı düşüb, 50 nəfər yaralanıb

Digər ölkələr
  • 03 dekabr, 2017
  • 20:51
Tunisdə turist avtobusu uçurumdan aşağı düşüb, 50 nəfər yaralanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Tunisin şimal-qərbində yerləşən Beca əyalətində turist avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində azı 50 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, qəza zamanı ölən olmayıb və yaralılardan 10-nun vəziyyəti ağırdır.

İçərisində 56 sərnişinin olduğu nəqliyyat vasitəsi Amdum rayonundan Ayn Drahma gedirmiş. Naməlum səbəblərdən avtobus yoldan çıxıb və təqribən 50 metr yüksəklikdən uçuruma yuvarlanıb.