Tunisdə baş çavuşun qətlinə görə 9 nəfər edam cəzasına məhkum edilib

Tunisdə baş çavuşun qətlinə görə 9 nəfər edam cəzasına məhkum edilib Tunis məhkəməsi 2016-cı ildə ordunun baş çavuşu Səid əl-Qazlaninin qətlində təqsirli bilinən 9 nəfəri edam cəzasına məhkum edib.
Digər ölkələr
15 Yanvar , 2022 06:42
Tunisdə baş çavuşun qətlinə görə 9 nəfər edam cəzasına məhkum edilib

Tunis məhkəməsi 2016-cı ildə ordunun baş çavuşu Səid əl-Qazlaninin qətlində təqsirli bilinən 9 nəfəri edam cəzasına məhkum edib.

“Report”un məlumatına görə, bu barədə TAP agentliyi xəbər verib.

“Tunis Birinci İnstansiya Məhkəməsinin Terrorla Əlaqəli Cinayətlər üzrə Cinayət Palatası cümə günü Milli Ordunun baş çavuşu Səid əl-Qazlaninin qətli işi üzrə doqquz müttəhimə ölüm hökmü çıxarıb”, - xəbərdə bildirilir.

Bundan başqa, məhkəmə daha 15 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Əl-Qəzlani 2016-cı ilin noyabrında Kasserin əyalətində ailəsinin evinə soxulan bir qrup silahlı tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi