Trayan Besesku Moldova vətəndaşlığından məhrum edilib

Trayan Besesku Moldova vətəndaşlığından məhrum edilib Moldovanın yeni prezidenti bu barədə fərman imzalayıb
Digər ölkələr
3 Yanvar , 2017 19:26
Trayan Besesku Moldova vətəndaşlığından məhrum edilib

Bakı. 3 yanvar. REPORT.AZ/ Moldovanın yeni prezidenti İqor Dodon Rumıniyanın sabiq dövlət başçısı Trayan Beseskunu bu yaxınlarda aldığı Moldova vətəndaşlığından məhrum edib.

"Report" xəbər verir ki, o öz "Facebook" səhifəsində bu barədə fərman imzaladığını bildirib.

2016-cı ilin iyun ayında Moldovanın dördüncü prezidenti Nikolay Timofti Beseskuya respublika vətəndaşlığı verib. Dodon isə prezident seçiləcəyi təqdirdə Beseskunu vətəndaşlıqdan məhrum edəcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi