Tramp və Netanyahu İrana qarşı sanksiyaların saxlanması məsələsini müzakirə edəcəklər
Digər ölkələr
- 13 fevral, 2017
- 07:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 fevral. REPORT.AZ/ İsrail baş naziri Binyamin Netanyahu bu gün ABŞ-a yollanacaq.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və İsrail hökumətinin rəhbəri arasında görüş fevralın 15-də Ağ Evdə keçiriləcək.
Görüşdə tərəflərin İran məsələsini, Suriya və Qəzzadakı vəziyyəti, eləcə də İsrail və Fələstin hökuməti arasında danışıqların bərpa edilməsi perspektivlərini müzakirə edəcəyi gözlənilir.
İsrail mətbuatının yazdığına görə, ölkənin baş naziri İranın nüvə proqramı üzrə lider dövlətlərlə imzaladığı sazişin bütün detallarını yerinə yetirməsinə nəzarətin gücləndirilməsinə çalışacaq. Tərəflər, həmçinin İrana qarşı sanksiyaların saxlanması məsələsini müzakirə edəcəklər.
Трамп и Нетаньяху обсудят вопрос сохранения санкций в отношении Ирана
Trump and Netanyahu to discuss preservation of sanctions against Iran
Son xəbərlər
17:14
Azərbaycan Basketbol Liqasında I turdan təxirə salınmış oyun keçirilib
Komanda
17:10
Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində iki nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
Digər ölkələr
16:56
Video
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub
Digər ölkələr
16:33
ABŞ-də polis keçmiş xokkeyçi Niko Sakettini güllələyərək öldürüb
Digər ölkələr
16:24
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib
Futbol
16:20
Foto
Naxçıvanda IX siniflərin buraxılış imtahanına uyğun qiymətləndirmə monitorinqi keçirilib
Elm və təhsil
16:03
Foto
Gəncədə azarkeşlər "Kəpəz" - "Qarabağ" matçı öncəsi stadiona axışır, rekord yenilənəcək
Futbol
15:52
Pezeşkian: "Nə müharibə, nə də sülh" vəziyyətindən çıxmalıyıq
Region
15:39
Foto
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Daxili siyasət