ABŞ-da Tramp və Klinton arasında sonuncu teledebat keçirilib

ABŞ-da Tramp və Klinton arasında sonuncu teledebat keçirilib Rəqiblər yenə teledebatdan əvvəl bir-birləri ilə əl-ələ görüşməyiblər
Digər ölkələr
20 Oktyabr , 2016 05:54
ABŞ-da Tramp və Klinton arasında sonuncu teledebat keçirilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton arasında üçüncü, sonuncu teledebat keçirilib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, rəqiblər yenə teledebatdan əvvəl bir-birləri ilə əl-ələ görüşməyiblər. Qeyd edək ki, Demokratlar və Respublikaçılar partiyalarının namizədləri bundan əvvəl də teledebatda bir-birlərinin əlini sıxmamışdılar. Onlar yalnız debatın sonunda bir-birlərinin əlini sıxaraq ayrılmışdılar.

Əvvəlki görüş xüsusi gərginliklə seçilmişdi. Hətta Tramp bildirmişdi ki, onun hakimiyyətə gəlişi təqdirdə Klinton həbsxanada olardı. Rəqiblər sonuncu teledebatda da bir-birlərinə qarşı bəzi ittihamlar səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi