Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzaladı

Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzaladı Ağ Ev ABŞ Prezidenti Donald Tramp “TikTok” proqramına qarşı təbdiblərin görülməsi haqqında icraçı fərmanı imzaladığını bildirib.
Digər ölkələr
1629
7 Avqust , 2020 05:12
Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzaladı
0 : 00
0 : 00

Ağ Ev ABŞ Prezidenti Donald Trampın “TikTok” proqramına qarşı tədbirlərin görülməsi haqqında icraçı fərmanı imzaladığını bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, TrampTikTok”un sahibiByteDance və onun törəmə şirkətləri ilə hər hansı bir əməliyyata qadağa qoyub.

"TikTok” təhlükəsi ilə mübarizə haqqında" icraçı fərmana əsasən “ByteDance” proqramının sahibi ilə istənilən sazişlər 45 gün ərzində dayandırılır.

"ABŞ yurisdiksiyasında “ByteDance” ilə hər hansı (hüquqi və ya fiziki şəxs tərəfindən) əməliyyat qadağan edilir", - fərmanda deyilir.

"Çində yerli şirkətləri tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etməkdə davam edir", - fərmanda deyilir.

"İndi konkret bir tətbiqin – “TikTok”un təhdidinə cavab vermək üçün səy göstərilməlidir", - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin Çinin internet nəhəngi Tencent və onun sahibi olduğu WeChat sosial şəbəkəsi üzərindəki törəmə şirkətlərlə sövdələşmələri qadağan edən fərman da imzalayıb. Sənədin mətni Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Qadağa fərmanın nəşrindən 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir. "WeChata aid olan istənilən sazişlər qadağaya aiddir.

Orphus sistemi