Tramp, Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və əş-Şaraa onlayn görüş keçiriblər - YENİLƏNİB
- 14 may, 2025
- 11:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd əş-Şaraa onlayn formatda görüş keçiriblər.
Bu barədə “Report” “TRT haber” telekanalına istinadən xəbər verir.
R.T.Ərdoğan onlayn formatda keçirilən Türkiyə-ABŞ-Səudiyyə Ərəbistanı-Suriya görüşü zamanı bildirib ki, Trampın Suriyaya qarşı sanksiyaların ləğvi qərarı tarixi əhəmiyyət kəsb edir. O, bu qərarın Suriyaya qarşı sanksiyalar tətbiq edən digər ölkələr üçün nümunə olacağına əminliyini ifadə edib.
O, həmçinin bildirib ki, Türkiyə terror təşkilatlarına qarşı mübarizədə Dəməşq administrasiyasına dəstəyini davam etdirəcək.
11:39
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.
“Report”un məlumatına görə, bu barədə “The Washington Post” yazıb.
Qeyd olunub ki, bu, 25 il ərzində ilk belə görüşdür.