ABŞ prezidenti Donald Tramp bu gün müdafiə naziri Mark Esperi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspeli, həmçinin Federal Təhqiqat Bürosunun (FTB) başçısı Kristofer Reyi vəzifələrindən uzaqlaşdıra bilər.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalının analitiki və "The Washington Post"un yazarı Joş Roqin özünün tvitterdəki hesabında bildirib.
Joş Roqinin sözlərinə görə, administrasiyada ona çoxsaylı mənbələrdən dövlət başçısının planları məlum olub. Jurnalist qeyd edib ki, ola bilər, prezident FTB-nin direktoru ilə bağlı planlarını dəyişsin və büronun başçısı vəzifəsində qalsın.
Analitik bildirib ki, Trampın narazılığı müdafiə naziri və MKİ-in direktorunun dövlət başçısının onlardan istədiyini etməmələri ilə bağlıdır.