Tramp: Kanada ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq

Tramp: Kanada ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və Kanada ərazilərinin ABŞ-ın 51-ci ştatı olacağı təqdirdə kanadalılar üçün vergilərin 60%-dən çox azaladacağını söyləyib.
Digər ölkələr
26 Dekabr , 2024 05:08
Tramp: Kanada ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və Kanada ərazilərinin ABŞ-nin 51-ci ştatı olacağı təqdirdə kanadalılar üçün vergilərin 60%-dən çox azaladacağını söyləyib.

“Report” xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Kanada qubernatoru Castin Trüdo Milad bayramınız mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq”, - deyə o bildirib.

Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti Panama kanalını ehtiyatla, lakin qeyri-qanuni idarə edən gözəl Çin əsgərlərinin Milad bayramını təbrik edib.

Tramp həmçinin ABŞ-ın milli təhlükəsizlik məqsədləri üçün ehtiyac duyduğu Qrenlandiyaya Milad təbriki göndərib “Biz orada olacağıq”.

Son xəbərlər

Orphus sistemi