Tramp Fidel Kastronu amansız diktator adlandırıb

Tramp Fidel Kastronu amansız diktator adlandırıb "Kuba tab gətirdiyi əzabları arxada qoyacaq və layiq olduğu azadlığına qovuşacaq"
Digər ölkələr
26 Noyabr , 2016 21:26
Tramp Fidel Kastronu amansız diktator adlandırıb

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kubanın inqilabçı lideri Fidel Kastronu diktator adlandırıb və Kubanın rifahının yaxşılaşdırılmasına kömək edəcəyini vəd verib.

"Report" xəbər verir ki, o, Kubanın hələ də totalitar ölkə olaraq qalacağını bildirib.

Fidel Kastro cümə günü 90 yaşında vəfat edib.

"Bu gün dünya demək olar ki, 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir. Fidel Kastronun mirası güllələnmiş komanda, oğurluq, ağlasığmaz əzablar, yoxsulluq və insanlara onların əsas hüquqlarından imtinadır", - deyə Trampın bəyanatında bildirilir.

Bununla belə, siyasətçi ümid etdiyini bildirib ki, Kuba tab gətirdiyi əzabları arxada qoyacaq və layiq olduğu azadlığına qovuşacaq.

Son xəbərlər

Orphus sistemi