Tramp ABŞ prezidenti seçkilərində müstəqil namizəd olmaq niyyətində deyil

Digər ölkələr
  • 04 mart, 2016
  • 07:48
Tramp ABŞ prezidenti seçkilərində müstəqil namizəd olmaq niyyətində deyil

Bakı. 4 mart. REPORT.AZ/ "Mən seçkilərə müstəqil namizəd kimi qatılmaq niyyətində deyiləm. Respublikaçılar Partiyasını sevirəm, ora milyonlarla insan gətirmişəm".

"Report" xəbər verir ki, bunu "Fox-News" müsahibəsində ABŞ prezidenti seçkilərinə Respublikaçılar Partiyasının namzidlərindən olacaq milyarder Donald Tramp deyib.

Yaxın günlərdə ilkin seçimlərin olacağı Miçiqan ştatındakı seçkiqabağı telebatda D.Tramp özünü Hillari Klintonun yeganə rəqibi hesab etdiyini bildirib: "Fikrimcə, Respublikaçılar Partiyasının qələbəsi üçün ən yaxşı variant mənim namizəd olmağımdır. Mən Klintona qalib gələcəm. Digərləri onu üstələyə bilməz".

44 filmi