Tramp ABŞ-ın xaricdəki qoşunlarının sayını azaldacağını təsdiqlədi

Tramp ABŞ-ın xaricdəki qoşunlarının sayını azaldacağını təsdiqlədi ABŞ çox tezliklə Əfqanıstandakı qoşunlarının sayını 4 minə qədər azaldacaq.
Digər ölkələr
11 Sentyabr , 2020 00:09
Tramp ABŞ-ın xaricdəki qoşunlarının sayını azaldacağını təsdiqlədi
Donald Tramp / Donald Tramp

ABŞ çox tezliklə Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 4 min nəfərə qədər azaldacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

O, qeyd edib ki, Birləşmiş Ştatlar İraqdakı qoşunlarının şəxsi heyətinin sayını 2 min nəfərə qədər azaldacaq. Ağ Ev rəhbəri hərbçilərin əsas hissəsinin artıq Suriyadan getdiyini deyib.

"Əfqanıstanda böyük irəliləyişə nail olunub, biz (bu ölkədəki kontingentimizi-red) çox qısa müddətdə 4 min hərbi qulluqçuya qədər azaldacağıq. Necə ki, İraqda (öz kontingentimizi-red) qısa müddətdə 2 min hərbi qulluqçuya qədər azaldacağıq.

Suriyanın çox hissəsində yoxuq, istisna - bizim hərbi qulluqçularımız neft yataqlarını qoruyurlar. Onların orada sayı çox deyil, mən düşünürəm ki, say azdır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi