Tramp: ABŞ-nin neft və qaz hasilatını artırması onu supergüc edəcək

Tramp: ABŞ-nin neft və qaz hasilatını artırması onu supergüc edəcək ABŞ Prezidenti Donald Tramp ölkədə neft və qaz hasilatını artırmaq niyyətindədir. Dövlət başçısı ümid edir ki, bu, ölkəni “istehsalçı super güc”ə çevirəcək.
Digər ölkələr
23 Yanvar , 2025 21:06
Tramp: ABŞ-nin neft və qaz hasilatını artırması onu supergüc edəcək

ABŞ Prezidenti Donald Tramp ölkədə neft və qaz hasilatını artırmaq niyyətindədir. Dövlət başçısı ümid edir ki, bu, ölkəni istehsalçı super gücə çevirəcək.

“Report” xəbər verir ki, o bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışarkən deyib.

"Birləşmiş Ştatlar Yer kürəsinin istənilən ölkəsi arasında ən böyük neft və qaz ehtiyatlarına malikdir və biz onları istismar etmək niyyətindəyik. Bu, nəinki faktiki olaraq bütün mal və xidmətlərin qiymətlərini aşağı salacaq, həm də ABŞ-ni istehsal sahəsində supergücə çevirəcək" - o, əlavə edib.

Xatırladaq ki, Tramp daha əvvəl administrasiyasının ölkədə karbohidrogen hasilatını artırmaq üçün addımlar atacağını və külək enerjisinin inkişafından imtina edəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi