Tramp ABŞ-da karantin rejiminin ləğvi planını irəli sürdü

Tramp ABŞ-da karantin rejiminin ləğvi planını irəli sürdü ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasına görə ölkədə tətbiq edilmiş karantin rejiminin mərhələli şəkildə ləğvi planını təqdim edib.
Digər ölkələr
1582
17 Aprel , 2020 03:40
Tramp ABŞ-da karantin rejiminin ləğvi planını irəli sürdü

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasına görə ölkədə tətbiq edilmiş karantin rejiminin mərhələli şəkildə ləğvi planını təqdim edib.

Bu barədə “Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir.

Ağ Evin başçısı bildirib ki, yeni tövsiyələr qubernatorlara "onlara ştatların mərhələli və seçki tədbirləri üzrə açılışına imkan verəcək”. Bu halda prezident qeyd edib ki, yerli hakimiyyət orqanları koronavirusa görə karantinin ləğvini müstəqil müəyyən edə biləcəklər.

Onun sözlərinə görə, plan üç mərhələdən ibarətdir. "Bizim strategiyamız yaşlı vətəndaşları sonra da müdafiə etməyə, əhalinin zəif qruplarını, eyni zamanda hərbçilərə və başqa inanılmaz istedada malik qruplara (əhaliyə-red) öz işləri ilə məşğul olmağa imkan verəcək", - prezident deyib.

O əlavə edib ki, planda xəstəliklər, yoxlama və xəstəxanaların iş rejimi ilə bağlı konkret şərtlər nəzərdə tutulub. Bundan başqa, infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq edilmiş sanitar-gigiyenik tələblər qalır.

Tramp vurğulayıb ki, hazırlanmış plan bəzi alimlərin də xəbərdarlıq etdiyi kimi, payızda koronavirusun mümkün yeni dalğasını nəzərə alır.

"Əgər virus bəzi alimlərin güman etdiyi kimi payızda qayıtsa, bu tövsiyələr bizim ona sürətli reaksiya verməyə hazır olmağımıza zəmanət verir", - o deyib.

Son xəbərlər

Orphus sistemi