Tillerson: "Rusiyanın Krıma qarşı hərəkətinə güc yolu ilə cavab vermək lazım idi"

Tillerson: "Rusiyanın Krıma qarşı hərəkətinə güc yolu ilə cavab vermək lazım idi" O, həmçinin iqtisadi sanksiyaları "güclü alət" hesab etdiyini təsdiqləyib
Digər ölkələr
12 Yanvar , 2017 07:32
Tillerson: Rusiyanın Krıma qarşı hərəkətinə güc yolu ilə cavab vermək lazım idi

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiyanın Krımla bağlı etdiklərinə güc yolu ilə cavab vermək lazım idi.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi postuna namizəd olan texaslı iş adamı Reks Tillerson deyib.

"Rusiyanın Krıma qarşı hərəkətləri zorakılıq idi və cavabında mütənasib olaraq güc tətbiqi tələb edirdi", - deyə Tillerson bildirib.

O, həmçinin iqtisadi sanksiyaları "güclü alət" hesab etdiyini təsdiqləyib. Namizəd bu kontekstdə sabiq ABŞ prezidenti Teodor Ruzveltin "diplomatik iş aparmaqla yanaşı əldə "böyük dəyənək daşımağın" zəruriliyinə dair fikirlərini xatırladıb.

Son xəbərlər

Orphus sistemi