Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var

Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub.
Digər ölkələr
19 noyabr 2023 12:32
Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub.

"Report" xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.

CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin "silahlı və son dərəcə təhlükəli" olduğunu deyib.

Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi