Suriyada terror hücumu nəticəsində 19 nəfər ölüb, onlarla yaralı var - YENİLƏNİB - FOTO
- 02 noyabr, 2019
- 21:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Suriyanın Tel Abyad rayonunda bazarda törədilən terror nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Minalanmış avtomobilin partladılması nəticəsində 19 nəfər həlak olub, daha 29 nəfər yaralanıb", - deyə mənbə agentliyə bildirib. Qeyd edilir ki, ölənlər dinc vətəndaşlardır.
Daha əvvəl bildirilirdi ki, Suriyanın Tel Abyad rayonunda bazarda törədilən terror nəticəsində azı 10 mülki şəxs ölüb.
Tel Abyad rayonu Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun nəzarəti altındadır. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu terrorçu PKK/YPG-PYD-yə qarşı “Barış pınarı” antiterror əməliyyatı keçirib.
***17:33
Suriyanın Tel Abyad rayonunda bazarda törədilən terror nəticəsində azı 10 mülki şəxs ölüb.
“Report” xəbər verir ki, məlumatı “Sabah” yayıb.
Qeyd edək ki, Tel Abyad rayonu Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun nəzarəti altındadır. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu terrorçu PKK/YPG-PYD-yə qarşı “Barış pınarı” antiterror əməliyyatı keçirib.