Tayvan Rusiyaya tədarükünü qabaqlamaq məqsədilə nitroselülozun ixracına nəzarət tətbiq edib

Tayvan Rusiyaya tədarükünü qabaqlamaq məqsədilə nitroselülozun ixracına nəzarət tətbiq edib Tayvan Rusiyaya ixracını qabaqlamaq üçün tərkibində 12,2 faizdən çox azot olan nitroselülozun tədarükünə nəzarət tətbiq edib.
Digər ölkələr
6 May , 2024 04:12
Tayvan Rusiyaya tədarükünü qabaqlamaq məqsədilə nitroselülozun ixracına nəzarət tətbiq edib

Tayvan Rusiyaya ixracını qabaqlamaq üçün tərkibində 12,2 faizdən çox azot olan nitroselülozun tədarükünə nəzarət tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

İqtisadiyyat Nazirliyinin Beynəlxalq ticarət idarəsi Tayvanda barıt istehsalında istifadə edilə bilən yüksək azot tərkibli (12,2 % -dən çox) nitroselülozun istehsal edilmədiyini açıqlayıb. Bundan başqa, idarənin sözügedən maddənin ixracı ilə bağlı da məlumatı yoxdur.

Quruma görə, 2023-cü ildə azot tərkibli (12,2 %-dən az) nitroselülozun qlobal satışı təxminən 836 milyon dollara çatıb, Tayvanın payı təxminən 43,8 milyon dollar (yalnız 5,2%) olub. Keçən il Tayvan nitroselülozunun ən böyük idxalçıları Vyetnam, ABŞ və Malayziya olub: ümumilikdə bu üç ölkə ixracın təxminən 47 %-ni təşkil edib. Türkiyənin payı cəmi 3,1 % olub, bu kimyəvi birləşmə nə Rusiyaya, nə də Belarusa tədarük edilib.

Xatırladaq ki, martın sonunda ABŞ-nin “The Wall Street Journal” nəşri Tayvanın vasitəçilər üzərindən Rusiyaya nitroselüloz çatdırdığını iddia etmişdi.

Son xəbərlər

Orphus sistemi