​Tayland ölkədə qalan uyğur qaçqınlarını Türkiyəyə verə bilər

​Tayland ölkədə qalan uyğur qaçqınlarını Türkiyəyə verə bilər Baş nazir: "Biz qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu problemi həll edəcəyik"
Digər ölkələr
14 İyul , 2015 12:34
​Tayland ölkədə qalan uyğur qaçqınlarını Türkiyəyə verə bilər

Bakı. 14 iyul. REPORT.AZ/ Əgər Çin tərəfi Taylandda qalan 52 uyğur qaçqınının qanunsuz fəaliyyətini sübut edən dəlillər təqdim etməzsə, onda həmin uyğur qaçqınları Türkiyəyə deportasiya oluna bilər.

"Rerport" RİA"Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Taylandın baş naziri Prayut Çan-Oça bildirib.

İyul ayının əvvəlində Tayland tərəfindən uyğur qaçqınlarının böyük bir qrupunun Çinə deportasiyası nəticəsində ölkənin ünvanına davam edən beynəlxalq tənqidlər kontekstində hökumət bu məsələni xüsusi nəzarətə götürüb.

"Həm Türkiyə, həm də Çin bizə ölkədə qalan uyğurlarla bağlı sorğu göndərərək müraciət edib. Biz qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu problemi həll edəcəyik", - Çan-Oça deyib. 

Son xəbərlər

Orphus sistemi