"Taliban" qadınların QHT-lərdə işləməsinə qadağa qoyub
Digər ölkələr
- 24 dekabr, 2022
- 17:38
"Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadınların işdən uzaqlaşdırılması əmrini verib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” "Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin məktubuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların "Taliban"ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.
"Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib "Reuters"ə deyib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.
Xatırladaq ki, bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.
Son xəbərlər
16:02
Təlim mərkəzində bədbəxt hadisə olub, ölən var
Hadisə16:02
Vaşinqton ADB-ni enerji layihələrinin maliyyələşdirilməsi üzrə məhdudiyyətləri aradan qaldırmağa çağırıb
Energetika16:01
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
Digər15:48
Azərbaycanda dövlət müəssisələrinin auditi niyə ucuzlaşır? - AÇIQLAMA
Maliyyə15:44
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələri bəzi dairələrin sifarişinə əsaslanır - RƏY
Analitika15:43
Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb
Milli Məclis15:39
BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib
Digər ölkələr15:37
Foto
Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
Fərdi15:35
Foto