“Taliban”: “Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik”

Digər ölkələr
  • 14 iyul, 2021
  • 07:14
“Taliban”: “Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik”

“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.