Yuxarı
    Bağlamaq

    ​"Taliban"ın hücumu nəticəsində 26 əfqan polis və hərbçisi həlak olub

    Terrorçular polis maşını və silahları ələ keçiriblər

    Bakı. 26 may. REPORT.AZ/ Əfqanıstanın Hilmənd əyalətində "Taliban" terror təşkilatı üzvlərinin hücumu nəticəsində 19 polis və 7 hərbçi həlak olub.

    "Report" xəbər verir ki, yerli polis rəisinin məlumatına görə, taliblər polisə məxsus bina kompleksini mühasirəyə alıblar və hazırda mühasirə davam etməkdədir.

    Terrorçular, həmçinin polis maşını və onların silahlarını ələ keçirə, o cümlədən ərazidəki yolları bağlaya biliblər.

    Polis rəisinin sözlərinə görə, yerli təhlükəsizlik qüvvələrinin mühasirəni yarması üçün əlavə qüvvəyə ehtiyacı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi