"Taliban" atəşkəslə bağlı şərtlərini açıqlayıb

"Taliban" atəşkəslə bağlı şərtlərini açıqlayıb “Taliban” qruplaşması üç aylıq atəşkəslə bağlı Əfqanıstan hakimiyyəti qarşısında şərtlərini irəli sürüb.
Digər ölkələr
15 İyul , 2021 12:20
Taliban atəşkəslə bağlı şərtlərini açıqlayıb

“Taliban” qruplaşması üç aylıq atəşkəslə bağlı Əfqanıstan hakimiyyəti qarşısında şərtlərini irəli sürüb.

“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bunu danışıqlarda “Taliban”ı təmsil edən nümayəndə heyətinin üzvü Nadir Nadiri Əfqanıstanın paytaxtı Kabulda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, BMT qruplaşma liderlərinin adlarını sanksiya siyahısından çıxarmalı, 7 min nəfəri həbsdən azad etməlidir: “Bu şərtlərə əməl olunacağı halda, “Taliban” üç aylıq atəşkəs rejiminə əməl etməyə hazırdır”.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra qruplaşama fəallaşıb. Onlar iddia edirlər ki, Əfqanıstan ərazisinin 85 faizinə nəzarəti ələ keçiriblər.

Son xəbərlər

Orphus sistemi