Tailandda daşqınlardan ölənlərin sayı 18 nəfərə çatıb

Tailandda daşqınlardan ölənlərin sayı 18 nəfərə çatıb Təbii fəlakətdən 700 mindən çox sakinə ziyan dəyib
Digər ölkələr
7 Yanvar , 2017 18:54
Tailandda daşqınlardan ölənlərin sayı 18 nəfərə çatıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Tailandda daşqınlardan ölənlərin sayı 18 nəfərə çatıb

"Report" xəbər verir ki, bu barədə "France Press" hakimiyyət orqanlarına istinadən xəbər verib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, təbii fəlakətdən 1 milyona yaxın insan zərər çəkib. Minlərlə yaşayış məntəqəsinə, məktəbə və onlarla vilayətə ziyan dəyib.

Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına ordu birləşmələrini də cəlb ediblər. Hərbçilər su altında qalmış yaşayış məntəqələrinin sakinlərini təxliyə edilməsində və onlara yardımların çatdırılmasında iştirak edirlər.

***11:34

Tailandın cənubunda baş verən sel nəticəsində azı 12 nəfər ölüb.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bir neçə min kənd su altında qalma təhlükəsi ilə üz-üzədir.

Yerli Meteoroloji Departament aramsız leysanın daha bir neçə gün davam edəcəyinin bildirib.

Tailandın Daxili İşlər Nazirliyinin məlumatına görə, təbii fəlakətdən 700 mindən çox sakinə ziyan dəyib. Məlumatda bildirilib ki, təbii fəlakətlə əlaqədar qatar və təyyarə reysləri təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi