Tacikistandan Suriyaya könüllü göndərənlərin ofisi Moskvadadır

Tacikistandan Suriyaya könüllü göndərənlərin ofisi Moskvadadır Suriyada vuruşanlar arasında, o cümlədən İslam Dövləti yaraqlıları sıralarında 300 tacik var
Digər ölkələr
22 Noyabr , 2014 08:05
Tacikistandan Suriyaya könüllü göndərənlərin ofisi Moskvadadır

Bakı. 22 noyabr. REPORT.AZ/ Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Akram Amonov deyib ki, Suriyada vuruşanlar arasında, o cümlədən İslam Dövləti yaraqlıları sıralarında 300 tacik var.

"Report"-un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, noyabrın 21-də parlamentə çıxış edən A.Amonov bildirib ki, taciklər Suriyaya Rusiya və Əfqanıstan vasitəsilə gedirlər.

Onun sözlərinə görə, Suriya üçün könüllü yığan ofis Moskvada Prospekt Mira küçəsində yerləşir.

Rusiyanın Avropa regionları müsəlmanlarının Dini İdarəsinin sədr müavini Damir Mukhetdinov Azadlıq radiosuna deyib ki, Orta Asiyadan işçi miqrantlar Moskvada könüllü axtaranların asanlıqla hədəfinə çevrilir.

Bundan əvvəl Tacikistan hakimiyyəti Suriyada 200 tacikin vuruşduğunu bildirirdi. 50 tacik Suriyada döyüşlərdə ölüb.

Son xəbərlər

Orphus sistemi