Yuxarı

​Tacikistanda zəlzələ olub

Yeraltı təkanlar Bakı vaxtı ilə 10:03-də Xoroq şəhərindən 90 km şərqdə qeydə alınıb

Bakı. 28 aprel. REPORT.AZ/ Tacikistanın cənub-şərqində 5,1 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın Yer Araşdırma Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 10:03-də Xoroq şəhərindən 90 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 153 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi