Suriyanın paytaxtında baş vermiş terror aktında 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb

Digər ölkələr
  • 12 yanvar, 2017
  • 19:29
Suriyanın paytaxtında baş vermiş terror aktında 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərində terror aktı baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" şəhərin polisindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış zamanı 6 nəfər həlak olub, həmçinin bir neçə nəfər ağır yaralanıb. "İlkin məlumata görə, Kafrsusda baş vermiş partlayışda 6 nəfər ölüb. Xəstəxanaya yerləşdirilənlər arasında ağır yaralılar var" – deyə polis əməkdaşı bildirib.

"Əl-İhbariyyə" telekanalı terror aktı zamanı 4 nəfərin həlak olduğunu, 7 nəfərin yaralandığını bildirib. "Əl-Məyadin" isə öz növbəsində hadisə nəticəsində 7 nəfərin öldüyünü xəbər verib.  

Məlumata görə, hadisəni terrorçu-kamikadze törədib.

44 - Tezliklə