Suriyanın Məyadin şəhərinə endirilən hava zərbələri zamanı 25-dən çox insan ölüb

Suriyanın Məyadin şəhərinə endirilən hava zərbələri zamanı 25-dən çox insan ölüb Onların arasında qadın və uşaqlar da var
Digər ölkələr
4 Noyabr , 2017 04:47
Suriyanın Məyadin şəhərinə endirilən hava zərbələri zamanı 25-dən çox insan ölüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Cümə axşamı Suriyanın Deyr əz-Zor mühafəzəsinin Məyadin şəhəri və ətrafına endirilən hava zərbələri nəticəsində qadın və uşaqlar da daxil olmaqla 25-dən çox insan ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Ötən gün Məyadin və onun ətraf kəndlərinə endirilən hava zərbələri nəticəsində 25-dən çox insan ölüb, çoxlu sayda yaralanan var. Onlardan çoxu qadın və uşaqlardır", - deyə Düjarrik bildirib.

Suriya hakimiyyəti cümə axşamı Deyr əz-Zorun İŞİD terror qruplaşmasından azad edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi