Suriyanın gerbi dəyişir
Digər ölkələr
- 04 iyul, 2025
- 00:47
Suriyanın yeni hökuməti ölkənin gerbini dəyişdirməyə qərar verib.
"Report" "Al-Ikhbaria" telekanalına istinadən məlumat verir ki, yeni gerbdə qanadlanmış və üzərində üç ulduz olan qartal təsvir olunub.
Yeni dövlət simvolu paytaxt Dəməşqdə təntənəli tədbir zamanı təqdim edilib. Mərasimdə çıxış edən Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın sözlərinə görə, dəyişdirilmiş qartal "Suriya xalqının tarixinin yeni mərhələsinə keçidə işarə edir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir".
Bu günə qədər Suriyanın gerbi sinəsində iki ulduz yerləşən qalxanlı qartaldan ibarət idi. Quş pəncələrində "Suriya Ərəb Respublikası" yazılmış lent tuturdu.
Son xəbərlər
16:29
Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib
Xarici siyasət16:26
Aİ Ukraynaya qarşı təcavüz üzrə xüsusi tribunalın təsisçisi olacaq
Digər ölkələr16:22
Foto
Video
Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub
Hadisə16:21
İsraildə ehtiyatda olan 400 minədək hərbçi orduya çağırılacaq
Digər ölkələr16:20
Marta Kos: Aİ-yə iqtisadi inteqrasiya üçün tələb olunan islahatlar ona üzvlük qədər çətindir
Digər ölkələr16:15
Konor Makqreqor dörd illik fasilədən sonra oktaqona qayıtdığını açıqlayıb
Fərdi16:14
Azərbaycanda polad boru istehsalı 11 % azalıb
Sənaye16:14
Rusiya Yaxın Şərqdəki müharibəyə görə enerji resurslarının tədarük zəncirlərini dəyişir
Energetika16:05